Dünyanın ən zəhərli ağacı: Ona toxunan ölür

 

“Mançineel” ağacı Dünyanın ən zəhərli ağacı kimi məşhurdur. Karib dənizində yaşayanlar ağacın kölgəsində yatanların bir daha oyanmayacağına inanırlar.

“Ginnessin rekordlar kitabı”na düşmək üçün kifayət qədər təhlükəli olan “Mançineel” ağacına Florida, Bahama, Karib, Mərkəzi və Cənubi Amerikada rast gəlinir.

Ən kiçik bir toxunuşla belə, dəridə yanmalara səbəb olacaq qədər güclü bir təsirə malikdir. Bədən bu zəhərə qısa müddətdə reaksiya verir və yaranmış suluqlarda su toplanmağa başlayır.

Əgər yağış yağarkən ağaca yaxınlaşsanız və ağacdan sıçrayan yağış damcılarına məruz qalsanız yenə də təhlükə altındasınız.

Hətta yanan “Mançineel” ağacının tüstüsü gözlərə dəysə, korluğa da səbəb ola bilər.

Meyvəsinin təsadüfən dişlənməsi isə, ölümlə nəticələnən ağırlaşmalara səbəb olur. Bu səbəbdən ağacın yerləşdiyi bəzi ərazilərdə xüsusi təhlükəsizlik tədbirləri görülür, ağacı tanımayan insanlara zərər verməmək üçün xüsusi xəbərdarlıq işarələrindən istifadə olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password