Azərbaycan çempionu mükafatlandırılıb – VİDEO – FOTO

 

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir “Azərsun Arena”da mövsümün “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra təşkil olunub.

Mövsümün ən yaxşılarını AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev və PFL-in prezidenti səlahiyyətlərini yerinə yetirən Elgiz Abbasov mükafatlandırıb.

Öncə Premyer Liqanın ən yaxşı bombardiri Juninyo Olavio mükafatını alıb. “Qarabağ”ın heyətində 20 qola imza atan braziliyalı hücumçuya xüsusi mükafat təqdim olunub.

Sonda fəxri kürsüyə çempion “Qarabağ”ın futbolçuları dəvət olunub. Hər bir futbolçu öz sevimli musiqisinin sədaları altında fəxri kürsüyə çıxıb. Komanda üzvləri və inzibati heyətə qızıl medallar verilib.

Tədbir atəşfəşanlıqla yekunlaşıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password