Avropa Parlamenti Bakının müharibə üçün yaşıl işıqlarını yandırdı – erməni mediası
Xəbər verdiyimiz kimi, iyun ayının 11-də Avropa Parlamenti İrəvanın Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək planlarını qınayıb və bildirib ki, bu qərar Azərbaycanın rəsmi orqanlarının razılığı olmadan və beynəlxalq hüquqa zidd olaraq verilib.
O gündən indiyədək məxməri inqilabın yalançı qəhrəmanının hakimiyyəti bərk qoxuya düşüb və artıq daha dəhşətli “Aprel müharibəsi”nin astanasında olduqlarını gizlətmirlər.
Elə bu gün də Lragir.am saytı “Avropa Parlamenti Bakının müharibə üçün yaşıl işıqlarını yandırdı” bağlıqlı bir yazı dərc edib. Yazıdan görünür ki, Paşinyanlar bəri başdan uduzacaqlarından əmindirlər və nəyin bahasına olursa-olsun yeni alovlana biləcək müharibəni dayandırmaq istəyirlər.
Aktuallığını nəzərə alaraq həmin yazını olduğu kimi sizə təqdim edir:
“Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçiləri, eləcə də Avropa Parlamentinin Ermənistan, Gürcüstan və Azərbaycanla əməkdaşlıq üzrə nümayəndə heyətinin rəhbəri tərəfindən qəbul edilən Ermənistan və Qarabağ arasında üçüncü yolun inşası ilə bağlı ortaq anti-erməni bəyanatı müharibə üçün rəsmi Bakıya yaşıl işıq yandırır. Beləliklə, hər iki tərəfdən ehtimal olunan müharibə və itki üçün məsuliyyət bu Avropa qurumunun üzərinə düşür.
Bənzər belə presedent artıq mövcuddur – aprel müharibəsi. Buna bir çox amillər səbəb oldu. Bunlardan biri AŞPA-nın 26 yanvar 2016-cı il tarixində Sərsəng su anbarı ilə bağlı qətnaməsinin qəbulu idi.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) məcburi qoşulmasından sonra Azərbaycan münaqişəni hərbi yolla həll etməyə hazırlaşırdı. Bunun üçün müharibə hüququnun qanuniləşdirilməsi lazım idi. Rusiya AİB ilə birlikdə Ermənistanı təcrid etmək və silah tədarükünü təxirə salmaq vəzifəsini həll etdi və Avropanın anti-Ermənistan qətnaməsi onlara bu işdə kömək etdi.
Maraqlıdır ki, Aprel müharibəsi vəziyyətinin öyrənilməsi üzrə Parlament Komissiyası bu halları nəzərə aldı. Axı, aprel döyüşünü yaradan amillər dizel qıtlığı məsələsindən daha vacibdir. Bu quruma, o cümlədən Avropa strukturlarının, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin davranışlarına qiymət verilmirsə, gələcəkdə eyni sxemlər ləğv olunmasa, Komissiyanın rəyi heç bir məna daşımayacaq.
İndi Avropa Parlamenti “Bakının müharibə hüququnu” bir daha qanuniləşdirir və buna cavabdehdir. Erməni tərəfi bunu açıq şəkildə bildirməlidir, ilk növbədə bəyanat müəlliflərini məsuliyyətə çağırır. Belə bir qətnamədən sonra izahat almaq və bu qurumun müharibə üçün birbaşa məsuliyyət daşıdığını elan etmək lazımdır.
Ancaq Aprel müharibəsi günlərində olduğu kimi, Ermənistanın siyasi sahəsi də İrəvanın mərkəzindən kənarda heç bir şey dəyişməyəcək. Başı intriqalara və kiçik qarşıdurmalara qarışıb”.(konkret.az)