“İçərişəhər” İdarəsi küçə pişiklərinə 12 günə 884 min manatlıq yemək alıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi fiziki şəxs Abdullayev Yalçın Qüdrət oğlu  (VÖEN-3001838222) olub. Müsabiqənin şərtinə görə Abdullayev Yalçın Qüdrət oğlu ötən ayın 7-dən 18-nə kimi Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə pişik yemləri satıb.
Göstərilən xidmətin qarşılığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Abdullayev Yalçın Qüdrət oğluna 883 min 500 manat vəsait ödəyib.
Məlumat üçün bildirək ki, bu ilin fevral ayının 3-də açıqlanan tender müsabiqəsinin nəticəsinə görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fiziki şəxs Əfəndiyev Elnur Əbülfət oğlundan da  (VÖEN-6001257872) pişik yeməkləri satın alıb. Müsabiqənin şərtinə görə Elnur Əfəndiyev Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazisində olan yeddi ədəd pişik evciklərini 23.01.2020 –ci il tarixindən 30.12.2020-ci il tarixinədək pişik yemləri ilə illik təmin edəcək. Göstərilən xidmətin qarşılığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elnur Əfəndiyevə 12 min 149 manat 28 qəpik vəsait ödəyəcək.
Maraqlıdır ki, həm Abdullayev Yalçın Qüdrət oğlu, həm də Əfəndiyev Elnur Əbülfət oğlunun adı dövlət satınalmaları portalında əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrində keçir. Açıqlanan müsabiqə nəticələrindən belə görünür ki, hansı sahədə ixtisaslaşdığı bilinməyən bu şəxslər  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə  “Maşın və avadanlıqlar”, “Xüsusi geyimlər”, “Pişik yeməkləri” kimi fərqli məhsullar satıblar. Eyni zamanda bu şəxslər “Yubley tədbirlərinin”, “Foto müsabiqələrin” təşkili kimi xidmətləri də həyata keçiriblər.(yeniavaz.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password