DTX Biləsuvar İcra Hakimiyyətinin binasına girdi – Yenilənəcək
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Aktualinfo.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Qeyd edək ki, Biləsuvarın icra hakimiyyətinin DTX tərəfindən həbs olunan başçısı Mahir Hacı oğlu Quliyev 1958-ci ildə Kəlbəcərdə anadan olub. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə işləməyə başlayıb, daha sonra hərbi xidmətə gedib və qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. 2011-ci ilin aprelində isə Biləsuvara başçı təyin olunub.
Artıq icra başçısı və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyi bildirilir