Vəkil həbs olunmuş sabiq icra başçısını gözləyən cəzaları açıqladı

İrəli sürülən ittihamlar öz təsdiqini taparsa, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevi ağır cəza gözləyir.

Bu barədə açıqlamasında vəkil Əkrəm Həsənov bildirib.

Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə sabiq icra başçısı Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “təkrar rüşvət alma”, “mənimsəmə faktlarına görə” maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülən ittihamda vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda, əmlakı müsadirə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, “təkrar rüşvət alma” ittihamı üzrə 12 ilədək, “mənimsəmə faktlarına görə” 14 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Bu ittihamlar sübut olunarsa, cəzalar toplanacaq. Amma maksimum cəza 20 ildən çox ola bilməz”,-deyə vəkil bildirib.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 29-da DTX əməkdaşları tərəfindən saxlanılıb,Prezidentin Sərəncamı ilə aprelin 30-da vəzifəsindən azad edilib./bizimyol.info.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password