Çempionlar Liqası: “Bavariya” – “Real” matçında qalib müəyyənləşmədi

 

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Ilk matçda “Bavariya” Almaniyada İspaniyanın “Real” klubunu qəbul edib.

Qarşılaşma heç-heçə başa çatıb – 2:2.

Madrid klubunda Vinisius Junior 24-cü dəqiqədə hesabı açıb. “Bavariya”da 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə penaltidən Harri Keyn fərqləniblər. 83-cü dəqiqədə Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb.

Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password