Rusiya – Ukrayna danışıqları başlayır? – Blinkendən açıqlama

 

Rusiya danışıqlara başlamaq üçün səmimi istək nümayiş etdirən kimi ABŞ və Ukrayna ona qoşulacaq.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

ABŞ-nin baş diplomatının fikrincə, müharibənin sonu Rusiya Prezidenti Vladimir Putin və onun qərarından asılıdır.

Həmçinin Blinken qeyd edib ki, Putin Rusiyanın müharibədə Ukrayna və tərəfdaşlarından daha uzun müddət davam edə biləcəyinə inanır.

Dövlət katibi ABŞ-dən Ukraynaya ayrılan son hərbi yardım və Avropa Birliyinin səylərinə diqqət çəkib:

“Bütün bunlar Putin üçün ən sərt cavabdır, çünki bunlar o deməkdir ki, Ukrayna nəinki salamat qalacaq, həm də gələcəkdə çiçəklənməyə qadir olacaq. Ona görə də ümid edirəm ki, Putin mesajı başa düşəcək, beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun – real danışıqlara hazır olduğunu nümayiş etdirəcək”.

Blinken hesab edir ki, Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini təsdiqləyəcəyi halda danışıqlar mümkün olacaq.

Onun sözlərinə görə, Ukraynaya təcavüzü Rusiyanın strateji uğursuzluğudur:

“Putin bir çox cəhətdən qarşısını almağa çalışdığı bir çox şeyi sürətləndirdi. Ümid edirəm ki, bunun etirafı olacaq. Rusiya həqiqətən danışıqlara hazır olduğunu nümayiş etdirən kimi, biz də, ukraynalılar da orada olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password