Yevlax Pilot Aqroparka 100 milyon manatdan çox özəl investisiya qoyulacaq

 

Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Onun sözlərinə görə, aqroparkda indiyə qədər ümumi ərazisi 1 882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “Onlar aqroparka ümumilikdə, 51 milyon manatdan artıq investisiya qoymağı, 305 daimi iş yeri yaratmağı nəzərdə tutur. Ötən il 8 rezident 868 hektar sahədə əkin işləri aparıb. Əkin sahələrinin 687 hektarı birillik əkinlər, 159 hektarı intensiv meyvə bağları, 12 hektarı tərəvəzçilik təsərrüfatı və 10 hektarı isə tingçilik təsərrüfatıdır. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur”.

S. Adıgözəlov vurğulayıb ki, Sabirabad Pilot Aqroparkda isə indiyə qədər 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “Sahibkarlar aqroparka 60 milyon manatdan çox investisiya qoymağı, 260 daimi, 1 000-dən artıq mövsümü iş yeri yaratmağı planlaşdırır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password