Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

 

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının aparıcı fiqurlarından biri Fatma Sakana zərərsizləşdirilib.

“Haber Global” xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Bildirilib ki, Fatma Sakana 2012-ci ildə Türkiyənin Şırnak bölgəsində 10 hərbçinin şəhid edildiyi terror hücumunun fəallarından olub.

Məlumata görə, Fatma Sakana 2006-cı ildən İrandan PKK-ya qatılıb. 2010-2012-ci illərdə Türkiyənin Şırnak bölgəsi yaxınlığında fəaliyyət göstərib. Bu müddət ərzində Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak edib. 2014-cü ildə Suriyanın Ayn-əl-Arab bölgəsində PKK/YPG terror qruplaşmasının “məsul şəxsi” kimi fəaliyyətinin davam etdirib. Bundan sonra İraq ərazisinə keçib Ölkənin Süleymaniyyə və Hakurk rayonlarında fəallıq göstərib. 2018-ci ildə İraqın Mahmur bölgəsində Rüstəm Cudi terror düşərgsinin “məsul şəxsi” kimi fəaliyyət göstərib.
2021-ci ildə yenidən Suriyaya gedib. O, PKK/YPG-YPJ daxilində “məsul şəxs” kimi fəaliyyətə başlayıb. Sakana həm də əsasən, PKK-nın İranda fəaliyyət göstərən PAJK dəstəsi Koordinasiyasının üzvü olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password