Maskalanmış “kənd yumurtaları”: Vətəndaşlar necə aldadılır?

 

İstehlakçıların narazılıq etdiyi məsələlərdən biri də bazarlarda “kənd yumurtası” adı ilə satılan, əslində belə olmayan məhsullarla bağlıdır.

Qeyd olunur ki, adi yumurtaların üzərinə toyuq nəcisi yaxılır və “kənd yumurtası” effekti verilib vətəndaşlara satılır.

Olaylar.az bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yumurta bazarında problemlərin olduğunu qeyd edib:

“Əhali bilməlidir ki, 7 gündən sonra yumurtalar “süfrə yumurtası”, “dietik yumurta” adlanır. Əslində bunların qiymətlərində fərq olmalıdır. İstehlakçılar üzərində buraxılma tarixi, yararlılıq müddəti olan yumurtalara üstünlük verməlidirlər. Ümumiyyətlə, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanda satılan bütün mallar, o cümlədən yumurtalar qablaşdırılmalı və rekvizitləri barədə məlumat olmalıdır. Təəssüf ki, əksər hallarda yumurtaların üzərində biz bunu görmürük. “Dietik yumurta” anlayışı yoxdur. Kənd yumurtasına tələbatın böyük olduğunu nəzərə alaraq, hətta ən müasir marketlər belə kirli yumurtaları satışa qəbul edirlər. Yumurta satışa çıxarılmazdan öncə mütləq yuyulmalıdır. Bu, onu xarab və ya zərərli etmir. Bu cür fikirlər yanlışdır”.

Müsahibimiz yumurta satışında aldatma hallarının olduğunu vurğulayıb:

“Tünd rəngdə yumurtalar “kənd yumurtası” adı altında satılır və bunlar adi brolyer yumurtasından iki dəfə bahadır. İllərdir ki, bu sahədə istehlakçının aldadılması halları çoxdur. İstehlakçı yalnız yumurtanı qırandan sonra onun kənd və ya brolyer olduğunu başa düşə bilər. Kənd yumurtasının sarısı çox tünd , qabıqları bərk olur. Toyuğun yemindən asılı olaraq, brolyer yumurtasının sarısının da tünd rəngli olması mümkündür. Bu, insanları aldatmasın. Yumurtaların təzə və ya köhnə olmasını bilmək üçün isə içərisində olan hava kamerasına diqqət etmək lazımdır. Hava kamerası az olan yumurtalar təzədir. Bu məsələlərə fikir verilməlidir.

Ümumiyyətlə, hər bir malın mənşəyi olmalıdır və Qida Təhlükəsizliyi Agentliyinin onlara uyğun tələbi müəyyənləşməlidir. Problem olarsa, vətəndaşlar 1003 qaynar xəttinə müraciət etməli, AQTA-ya bu barədə məlumat verməlidirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password