Gözlənilməz qərar: Azərbaycana qarşı iddianın üstündən xətt çəkilir

 

Ermənistan Baş naziri Nikol Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı gəlişmələrə diqqət çəkib:

“Baş nazir Nikol Paşinyan Ermənistanın yeni konstitusiyaya ehtiyacının olduğunu bildirib.

“Ermənistanın konstitusiya dəyişikliyinə yox, yeni konstitusiyaya ehtiyacı var”, deyən Paşinyan ölkə gündəminə yeni mövzu gətirib. O, bundan əvvəl parlamentdəki çıxışlarında mövcud konstitusiya barədə ara-sıra tənqidi fikirlərini bildirib, qonşu dövlətlərə (Azərbaycan və Türkiyə) ərazi iddiasını əks etdirən bəndlərin əsas qanunda varlığının reallığı əks etdirmədiyinə işarə vurub. Bu, həqiqətdir, Ermənistan müstəqilliyini qazandıqdan sonra bu ölkədəki siyasi qüvvələr özgə torpaqlara göz dikərək, ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi.

Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq. Radikallar və “Qarabağ klanı”nın müqavimətindən asılı olmayaraq, Paşinyan yeni konstitusiya qəbul etmək istəsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstək verəcək. Onlar həmin ermənilərdir ki, İkinci Qarabağ Müharibəsindəki ağır məğlubiyyətə rəğmən, yenə Nikol Paşinyana səs verdilər. Onlar yeni konstutisiyaya da “yox” deməyəcəklər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password