Əhməd Əhmədzadənin bir ayda 29 tenderin qalibi etdiyi “Ruzi”MMC kimə məxsusdur?-Əlavələr olunub

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün son illər dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Prezident İlham Əliyev keçirdiyi bütün müşavirə və görüşlərdə bu sahənin inkişaf etdirilməsinin vacibliyini dönə-donə vurğulayır və dövlət tərəfindən lazım olan bütün addımların atılması üçün səylər göstərir. Bu sahədə görülən yeniliklər bu gün kənd zəhmətkeşlərini sevindirməyə bilməz. Amma nöqsanlar da qalmaqdadır və kənd zəhmətkeşləri bu problemlərin aradan qaldırılmasını səbrsizliklə gözləməkdədirlər. Məlum olduğu kimi Azərbaycanda kənd təsərrüfatının əsas gəlir mənbəyi əkinçilik sahəsindəndir. Əkin sahələrini isə meliorasiyasız və su təssərrüfatı olmadan inkişaf etdirmək qeyri mümkündür. O səbəbdən də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə hər il dövlət büdcəsindən vəsaitlər ayrılır. Bundan əlavə Prezidentin ehtiyyat fondunda da il ərzində bu sahəyə külli miqdarda vəsaitlər ayrılır. Bəs ayrılan bu qədər vəsaitlərin müqabilində bu sahə nə üçün inkişaf etmir? Nə üçün kəndlərdə vətəndaşlar suvarma suyunun yoxluğundan əziyyət çəkirlər?

Aktualinfo.org son illər bu sahəyə ayrılan dövlət vəsaitlərinin təyinatdan kənar xərclənməsi ilə bağlı silsilə araşdırma yazılar dərc edib. Dövrü mətbuatda da bu sahənin rəhbər vəzifəli şəxsləri barədə mütəmadi olaraq yazılar dərc edilir, onların xarici ölkələrdə olan daşınmaz əmlakları, var dövlətləri Azərbaycan ictimaiyyətinə çatdırılır. Lakin görsəndiyi kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətliləri dövlət büdcəsindən ayrılan vəsaitləri necə gəldi israf edirlər. Apardığımız kiçik bir araşdırma bu sahədə dövlət vəsaitinin tender yolu ilə qeyri müəyyən işlərə sərf olunduğu bir daha açıq-aydın göstərir.

Meliorasiya və Su Təsərrüfatı ASC də tender yolu ilə dövlət vəsaitlərinin talan edilməsi hələ də davam edir. 31.01.2020 ci ildə ASC-nin Beyləqan və Ağcabədi rayon İdarələri tərəfindən elan olunmuş tendeləri bir MMC qazanıb. Yuxarıda göstərilən tarixdə Beyləqan Suvarma Sistemləri İdarəsinin mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 205284.6 AZN və əsaslı və cari təmir işlərində lazım olan mal-materialların satın alınması üzrə 249031.33 AZN tenderin qalibi “Ruzi”MMC olub. Elə həmin tarixdə Ağcabədi rayon Meliorasiya İdarəsinin cari təmir üçün mal-materialların və mexanizmlərin ehtiyyat hissələrinin satın alınması üzrə 294787.98 AZN və avtomaşın ehtiyyat hissələrinin satın alınması üzrə 11841.01 AZN tenderi də “Ruzi” MMC qalib gəlib

Qeyd edək ki, 29.01.2020-ci ildə “Ruzi” MMC Meliorasiya və Su Təsərrüfaı ASC-yə tabeli başqa idarələrin də elan etdiyi tenderlərin qalibi olub. “Ağstafaçay Hidroqovşağı İstismar İdarəsi” MMC tərəfindən Ağstafaçay HQİİ-də əsaslı və cari təmir üçün mal material,maşın və mexanizmilərin təmiri üçün ehtiyyat hissələrinin satınalınması üzrə 193745.62 AZN və Ağstafaçay HQİİ-də cari təmir işləri üçün materialların satınalınması üzrə 69301.52 AZN tenderlərin qalibi elan edilmiş “Ruzi”MMC elə həmin gün Laçın rayon Suvarma Sistemləri İdarəsinin cari təmir üçün mal-materialların, mexanizmlərin və nasoslar üçün ehtiyyat hissələrinin satın alınması üzrə 297512.59 AZN, Avtomaşın ehtiyyat hissələrinin satın alınması üzrə 14720.83 AZN, Əsaslı təmir üçün mal-materialların və ehtiyyat hissələrinin satın alınması üzrə 48152.32 AZN manatlıq tenderlərin qalibi olub. Qeyd edək ki,Laçın rayonu artıq otuz ilə yaxındır ki,işğal altındadır. Bu rayonun torpaq və əkin sahələri işğal altında ilduğu halda Laçın rayon Suvarma Sistemləri İdarəsinə 360000 manatlıq dövlət vəsaitinin ayrılması nə dərəcədə məntiqəuyğun bir haldır? Ağcabədi çollərində Laçın rayon Suvarma Sistemləri İdarəısinə ayrılmış bir ovuc torpaqda bu idarə nə işlər görür?

02.02.2020 ci ildə isə Beyləqan Subartezan Quyularının İstismarı İdarəsi tərəfindən elan olunmuş iki tenderin də qalibi “Ruzi” MMC olub. Sözügedən İdarənin mexaniki və elektrik avadanlıqlarının satın alınması üzrə elan etdiyi tenderdə 284928.65 manatlıq bir dövlət sifarişi,tikinti materiallarının satın alınması üzrə isə 163415.49 manatlıq digər dövlət sifarişini əldə edən bu MMC kimə məxsusdur? Sözügedən rayon idarələrinin bu MMC ilə yaxınlığı inandırıcı görsənmir. Ağstafa hara, Laçın hara, Beyləqanla Ağcabədini başa düşdük. Bunun yuxarıdan verilmiş göstərişlər əsasında həyata keçirildiyini görməmək mümkün deyil. Yuxarıdan isə göstərişləri isə yalnız səhmdar cəmiyyətin sədri Əhməd Əhmədzadə verə bilər. Elə MMC-nin kimə məxsus olduğunu da ondan başqa heç kim bilməz.

Qeyd edək ki,Vergilər Nazirliyi Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “RUZİ” MMC Xocavənd rayon Vergilər İdarəsində 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xocavənd şəhəri, qanuni təmsilçisi Piriyev Teymur Bünyad oğludur.”Ruzi”MMC-nin fəaliyyət sferası bəlli deyil. Bu MMC bir yerdə təmir işləri aparır,bir yerdə mal-material alır,bir yerdə maşın mexanizmi,bir yerdə isə elektrik avadanlıqları. Təkcə yanvar ayında və fevralın ilk günlərində Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabeli idarələrin bir MMC ilə 12 tender müqaviləsi bağlaması maraqlıdır deyilmi? Bu bir təsadüfdür yoxsa planlaşdırlmış tender əməliyyatı qoy Meliorasiya və Su Təsərrüfatı ASC-nin səlahiyyətliləri cavab versin.

Aktualinfo.org Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idarələrin elan etdiyi tenderlərdə davamlı olaraq “Ruzi”Məhdud Məsuliyyətli Cəmiyyətin qalib çıxdığına görə mövzuya bir daha qayıtmalı oldu. Belə ki, yuxarıda göstərdiyimiz tarixdən, yəni 29.01.2020-ci ildən bu günə qədər, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idarələrin elan etdiyi 29 tenderin “Rüzi” MMC yə verilməsi şübhələrin ortaya çıxmasına əsas yaradır. Bunu xüsusilə qeyd etmək lazımdır ki, adıçəkilən MMC tenderləri bir və yaxud da iki rayonda deyil,respublikanın ayrı-ayrı bölgələrində həyata keçirir. Maraqlıdır,10 manat nizamnamə kapitalı olan bu MMC qalibi olduğu dövlət sifarişlərini arandən bölgəsindən qərbə, oradan da şərqə necə həyata keçirir? Meliorasiya və Su təsərrüfatı ASC-nin bir ayda hesabına 5 mln manat köçürdüyü “Ruzi” MMC-nin qalibi olduğu son tenderlərə bir daha nəzər salaq. 

Qazax Suvarma Sistemləri İdarəsinin 20.02.2020 ci ildə nasos stansiyalarına və nəqliyyat vasitələrinə cari təmir üçün mal- materialların və ehtiyyat hissələrinin satın alınması üzrə qalib elan etdiyi tenderdə “Rüzi “MMC 286549.98 manatlıq dövlət sifarişini həyata keçirməli olacaq

Ağstafa Suvarma Sistemləri İdarəsinin istehsal obyektlərinin əsaslı və cari təmiri üçün tikinti materiallarının satınalınması üzrə 06.02 2020 ci ildə 226490.99 AZN, 20.02 2020 ci il tarixdə isə cari və əsaslı təmir işləri üçün mal materialların satınalınması üzrə qalib elan etdiyi tenderin dövlət sifarişi 226491 AZN olub və ümumilikdə 452 981.99 manatlıq müqavilə bağlanıb.

Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin subartezian quyularında cari təmir işləri üçün ehtiyat hissələrinin, mexaniki və elektrik avadanlıqlarının satın alınması üzrə 10.02.2020 il tarixdə qalib elan etdiyi 281067 manatlıq dövlət sifarişi üçün müqavilə bağlanıb.

Təkcə 13.02.2020-ci i tarixdə Biləsuvar Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi avtonəqliyyat vasitələrinin cari təmirinə ehtiyat hissələrinin satın alınması üzrə 60483.26 AZN,əsaslı təmir üçün ehtiyat hissələrinin satın alınması üzrə 43218.68 AZN,tikinti obyektlərinin cari təmirinə mal-materialların satın alınması üzrə 72686.58 AZN,mexanizasiya və istehsal obyektlərinin cari təmirinə ehtiyyat hissələrinin satın alınması üzrə 83975.34 AZN,mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması üzrə 218631.11 manatlıq dövlət vəsaiti ayrılıb və MMC ilə ümumilikdə 478 994.97 manatlıq müqavilə bağlanıb.

MMC 17.02.2020ci il tarıxdə Tovuz rayon Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi tikinti materiallarının satın alınması üzrə 150439.97 AZN, 21.02.2020 ci ildə isə Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsinin nəqliyyat vasitələri, mexaniki və elektrik avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması üzrə 165305 AZN, tikinti materiallarının satın alınması üzrə isə 275419.67 manatlıq tenderlərin qalibi olub və ümumilikdə 591 164 64 manatlıq sifariş əldəı edib.

18.02.2020-ci il tarixdə Hacıqabul Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi təmir işləri üçün materiallarının satınalınması üzrə tenderdə isə 138469.93 manatlıq müqavilə bağlanıb.

Pirsaat Qış Otlaqlarının Su Təminatı  Sistemlərinin İstismarı İdarəsinin qalib elan etdiyi təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə 240979.08 AZN, maşın-mexanizm, nəqliyyat vasitələri, hidrotexniki qurğular üçün ehtiyat hissələrinin və digər mal-matrialların satın alınması üzrə 242549.97 manat dövlət sifarişi əldə edən MMC ilə ümumilikdə 483529.05 manat dəyərində müqavilə bağlanıb.

Baş–Şirvan Kollektorunun İstismarı İdarəsinin qalib elan etdiyi təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə tenderində 242081.32 AZN, maşın-mexanizm, nəqliyyat vasitələri və mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması üzrə isə 232650.58 AZN dəyərində dövlət sifarişinə MMC ilə ümumilikdə 474 731.9 manatlıq müqavilə basğlanıb.

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password