Azərbaycan İtaliyadan hərbi təyyarələr alır – Ermənistanı qorxuya salacaq anlaşma

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

İki ölkə arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb. (report)

Aktualinfo.org “M-346” təyyarəsinin gücünü təqdim edir:

Ekipaj: 2
Uzunluq: 11,49 metr
Qanadının uzunluğu: 9,72 metr
Hündürlük: 4,76 metr
Qanad trayektoriyası: 23,52 metr
Boş çəkisi: 4610 kiloqram
Normal uçuş kütləsi: 6700 kiloqram
Maksimum uçuş kütləsi: 9500 kiloqram
Daxili çənlərin yanacaq tutumu: 2000 litr
Xarici çənlərin tutumu: hər biri 505 kiloqram olan 3 PTB
də birgə yanacaq tutumu: 505
Maksimal sürət: 1060 km/saat
Uçuş məsafəsi: 100 faiz yanacaqla 2000 kilometr, xarici çənlərlə birlikdə ümumilikdə 2700 kilometr
Uçuş hündürlüyü: 13700 metr
Yüksəkliyə qalxma sürəti: saniyədə 112 metr, dəqiqədə 6705 metr
Qanadın yüklənməsi: 285 km/m²
Raketlərin çəkisi: 3000 kiloqram.

Məlumata görə, Azərbaycan bu təyyarədən 10 vahid alır, o cümlədən, yeniləri də sifariş verilib.

“M-346” təyyarələrinin göstəriciləri Dağlıq Qarabağda mümkün müharibə zamanı istifadəyə yararlıdır. Xüsusilə təyyarənin dağ relyefində çevik hərəkət etməsi, 13700 metr yüksəkliyə qalxa bilməsi və 3 ton ağırlığında raket, yaxud bomba daşımaq qabiliyyəti diqqət çəkir. Bu təyyarələr mümkün müharibədə Azərbaycan Ordusuna düşmənin ən iri hərbi obyektlərini 3 tonluq bombalarla darmadağın etmək imkanı verir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password