Azərbaycan internetin sürətinə görə üç pillə gerilədi

 

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb.

Bu, may və aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 Mb/s), sonuncu yeri isə Kuba (1,96 Mb/s) tutub.

Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 Mb/s sürətlə 59-cu yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən 3 pillə geriləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (200,24 Mb/s), sonuncu – 140-cı yeri isə Əfqanıstan (2,38 Mb/s) tutub.
Bundan başqa, iyunda Bakı şəhəri mobil internetin sürətinə görə 6 pillə geriləyərək 42,42 Mb/s sürətlə 169 şəhər arasında 78-ci yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 258,32 Mb/s sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 1,31 Mb/s sürətlə Sudanın Xartum şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,92 Mb/s sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu Dabi şəhəri 273,05 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,89 Mb/s sürətlə sonuncu olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password