Ərdoğana “Türkiyə qarışmasın” cavabı əbəsdir – 8-ci bənd

 

Zaxarova Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxmasına dair açıqlamasına “Ankara üçtərəfli bəyanatın tərəfi deyil” münasibətini bildirib: Moskva bununla “Türkiyə qarışmamalıdır” mesajını verir.

Əslində Türkiyə təkcə siyasi yox, həm də hüquqi baxımdan tərəfdir.

Birincisi, Zaxarovanın istinad etdiyi 10 noyabr razılaşmasının 8-ci bəndində qeyd olunur: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

Bu razılaşmaya əsasən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb, türk əsgəri də bu razılaşmaya uyğun olaraq bölgəyə daxil olub. Monitorinq Mərkəzinin praktiki baxımdan nə qədər effektiv olub-olmaması başqa məsələdir, amma üçtərəfli razılaşmaya əsasən Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi tərəfidir.

İkincisi, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanla Türkiyə arasında 44 günlük müharibədən əvvəl imzalanan müqavilələr də, müharibədən sonra imzalanan Şuşa Bəyannaməsi də bizim ərazimizlə bağlı məsələlərdə Ankaranı hüquqi tərəfə çevirir.

Türkiyənin rus sülhməramlıların zamanı çatanda Qarabağdan çıxmasını istəməsinin hüquqi əsasları var. Moskvanı narahat edən qaçılmaz perspektivdir. Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlı missiyasının bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək, hazırki proseslər də buna doğru inkişaf edir. Ankaranın belə mövqe sərgiləməsi isə Bakının mövqeyini gücləndirir, bu perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password