“Sabitliyi təmin etmək üçün bütün addımları atacağıq” – Ərdoğan
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı proseslər, o cümlədən, nizamsız köçlə əlaqədar ciddi addımların atıldığını bildirib.
Türkiyə lideri nizamsız miqrasiyanın bir sıra problemlər yaratdığına diqqət çəkib.
Ərdoğan Yunanıstan Baş naziri Kiryakos Mitsotakis, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, İraq Baş naziri Mustafa Kazımi, İngiltərə Baş naziri Boris Conson, Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Şurasının sədri Şarl Mişellə bu barədə müzakirələrin aparıldığını deyib.
“Əfqanıstandakı gəlişmələr və nizamsız miqrasiya ilə əlaqədar sıx beynəlxalq diplomatiya aparırıq”, – Ərdoğan bildirib.
O, Türkiyə və bölgənin sabitliyini təmin etmək üçün lazım olan bütün addımları atmağa davam edəcəyini söyləyib.