Kreml xəbərdarlıq etdi: Əfqanıstanda növbəti vətəndaş müharibəsi…

 

Rusiya Əfqanıstanın Pəncşir əyalətində baş verən hadisələrə müdaxilə etmək niyyətində deyil.

Bunu bazar ertəsi günü jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gün KTMT-nin növbədənkənar iclasında hadisələrin bu inkişaf xətti, bunun Əfqanıstanda növbəti vətəndaş müharibəsi ilə nəticələnə biləcəyi, əlavə təhlükələr və təhdidlər daşıdığı kontekstində qeyd edildi. Əlbəttə, heç kim bu hadisələrə müdaxilə etməyə hazırlaşmır”, – deyə TASS D.Peskovun sözlərindən sitat gətirir.

D.Peskovun sözlərinə görə, Moskvanın tərəflər arasında vasitəçilik etmək planı yoxdur. Kreml sözçüsü “xeyr, bu barədə heç bir söhbət getmir”, – deyib.

Peskov əlavə edib ki, RF Prezidenti Vladimir Putin KTMT iclasındakı çıxışında BMT Təhlükəsizlik Şurası və G20 çərçivəsində Əfqanıstan probleminə yanaşmaların əlaqələndirilməsinin tərəfdarı olduğunu söyləyib.

Əfqanıstanın şimalındakı Pəncşir əyaləti “Taliban”ın nəzarətində olmayan yeganə bölgə olaraq qalır. Daha əvvəl “Taliban” müqavimət liderlərini təslim olmağa çağırsalar da, onlar müqavimət göstərəcəklərinə söz veriblər. Buna görə də “Taliban” özünün yüzlərlə tərəfdarını Pəncşir əyalətini ələ keçirməyə göndərib və müqavimət qüvvələrini mühasirəyə almağa başlayıb.

Pəncşirdəki müqavimət qüvvələrinə Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh rəhbərlik edir. Prezident Əşrəf Qani ölkədən qaçdıqdan sonra Saleh özünü dövlət başçısı elan edib və heç bir halda “Taliban”a təslim olmayacağına söz verib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password