Azərbaycanlıların Zəngəzur və İrəvana qayıtma yolu…

 

Prezidentin çıxışı özündə insan hüquqlarını ehtiva edirdi. İnsan hüquqlarını nəzərə alaraq Azərbaycan Zəngəzur, Göyçə mahalı və İrəvana iddialar irəli sürə bilər. Bu məsələnin isə həm tarixi əsasları var, həm də sözügedən ərazilər etnik təmizləməyə məruz qalıb.

Bu sözləri açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Politoloq qeyd edib ki, indiki halda Azərbaycanın məqsədi vaxtilə İrəvan, Zəngəzur, Göyçə mahalında yaşamış insanların hüquqlarının bərpasını təmin etməkdir:

“Bunun necə həyata keçəcəyini isə siyasi proseslər göstərəcək. Bu məsələni Ermənistanın azərbaycanlılara tarix boyu orada yaşamağa imkan verməməsi ilə də qaldırmaq mümkündür. Azərbaycan İrəvən, Zəngəzurdan olan insanların öz yurdlarına qayıdışı məsələsini danışıqlar yolu ilə həll edə bilər. Ermənilər Azərbaycanın tərkibində yaşamağı qəbul etmədilər. Biz isə beynəlxalq hüququ pozmadan bu məsələni həll etməyə çalışacağıq.

Axırıncı dəfə ermənilər azərbaycanlıları Nüvədi kəndindən qovmuşdular. İndi isə sual verəcəyik ki, onlar öz yurdlarına hansı şərtlər altında qayıdacaqlar? Bəlkə ilkin mərhələdə ora sülhməramlılar gələcək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password