Ukraynada nazirlər iclasa yığmanın formasında qatılıb
Ukraynalı nazirlər və Nazirlər Kabinetinin başçısı Denis Şmıqal hökumət iclasına futbolçuların geyimində qatılıb.
Nazirlər bu addımı Ukrayna millisinin Avropa çempionatının ¼ finalına tarixi sıçrayış edən futbol komandasının şərəfinə atıblar.
Xatılrladaq ki, iyunun 29-da Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada İsveç və Ukrayna yığmaları qarşılaşıb. Ukrayna millisi 2:1 hesabı ilə qələbə qazanıb.