İtkin düşən hərbçilərimizin ən son sayı açıqlandı

 

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.

İyunun 30-dək itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, – nazirlikdən bildirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password