BSU-da “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

 

İyunun 30-da Bakı Slavyan Universitetində ( BSU) ” Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib. Tədbir 26 İyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr olunub. Vebinarın keçirilməsində məqsəd tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması olmuşdur. Qeyd edək ki,vebinar Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təhsil Nazirliyinin müvafiq məktublarına uyğun olaraq keçirilib.

BSU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə tədbirin moderatoru, BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova bildirib ki, bu gün universitetdə “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda keçirilən vebinar tələbə-gənclərin maarifləndirilməsinə xidmət edir. Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünya üçün ən böyük təhlükələrdən birinə çevrilib. Bu baxımdan bugünkü tədbirin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən BSU-nun Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda, Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Aygün Əliyeva ” Narkotiklərin psixoloji fəsadları” mövzusunda çıxış ediblər. Onların çıxışlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətə, xüsusilə də gənclərə vurduğu amansız zərbə geniş təhlil edilib, tələbələrə narkotik vasitələrdən uzaq olmaq tövsiyə edilib.

Tədbir tələbə-gənclərin suallarının cavablandırılması ilə başa çatıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password