Ərdoğan Azərbaycandadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və Türkiyənin Bakıda fəaliyyət göstərən diplomatları qarşılayıb.

Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun müşayiət edir.

Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password