Putinlə Merkel arasında Qarabağ müzakirəsi – Laçın dəhlizi və…

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Baş naziri Angela Merkel arasında telefon danışığı olub.

Söhbət zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib.

Kremlin saytında yer alan xəbərə görə, Putin və Merkel münaqişədən əziyyət çəkən Dağlıq Qarabağ sakinlərinin təcili problemlərinin həll edilməsinin vacibliyini vurğulayıb: “Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilən vasitəçilik səyləri, habelə təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın istəyi ilə yola salınan rus sülhməramlılarının fəaliyyəti barədə məlumat verdi. Vurğulandı ki, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyanatda qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin ümumi sabitləşməsinə öz töhfəsini verir”.

Rusiya prezidenti və Almaniya kansleri ATƏT-in Minsk Qrupu çərçivəsində gələcək əməkdaşlığa hazır olduqlarını bildirib. Bundan başqa, ikitərəfli gündəliyin aktual mövzularına da toxunublar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password