Əli Nağıyev və Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

Aktualinfo.org-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı digər bir sərəncamla Orxan Sultanova da general-polkovnik ali hərbi rütbəsi verilib.

Sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password