İki ölkə ciddi səhvə yol verir: riyakar, ikiüzlü… – Politoloq

“Ermənistan tərəfindən ciddi hazırlıq gedir. Bizim əks-kəşfiyyat xidmətimiz də bununla bağlı lazım olan məlumatları əldə edir. Əslində, biz bir çox mənbələrdən məlumatları əldə edirik. Bunların hamısı üst-üstə düşür. Ermənilər bölgəyə canlı qüvvə yığır”.

Bu fikirləri Politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, cəmləşdirilən qüvvələrin daxilində PKK üzvləri də daxil olmaqla, xüsusi muzdlu dəstələr də var: “Prosesə rəhbərliyi edənlər çox qəribə də olsa qonşu dövlətlərdir. Yaxın Şərq ölkələrindən PKK və müxtəlif terrorçu qruplaşmalarının üzvlərinin gətirilməsi işi İran vasitəsilə həyata keçirilir. İran utanmadan, çəkinmədən bu məsələdə əli olmadığını deyir. Bunlar PKK dəstələrini azərbaycanlıların yaşadığı Urmiya şəhəri vasitsəilə Ermənistan ərazisinə keçirirlər. Bu, ikiqat töhmətgətirici hadisədir. Biz mütləq ordakı azərbaycanlıları belə məsələlərlə bağlı tam şəkildə məlumatlandırmalıyıq. Radio və televiziya verilişləri təşkil edilməli, oradak Azərbayxcan əhalisinin maariflənməsi və milli hisslər ətrafında toplanması üçün lazım olan nə varsa həyata keçirilməlidir. Əks təqdirdə, fars şovinizmi bizi aldatmaqda və yalan satmaqda davam edəcək”.

 

Politoloqun sözlərinə görə, Rusiya da bu məsələdə kifayət qədər əsas rol oynuyur: “Bu ölkə muzdlu dəstələrin Ermənistana göndərilməsində yaxından iştirak edir. Erməniləri yeni addımlar atmağa vadar edən Rusiya və onun bəlli orqanlarıdır. Bu bizi zərrə qədər qorxutmamalıdır. Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları bu addımların hər birini nəzərdən keçirirlər. Lazımı hazırlıqlar görülür. Biz ərazi bütövlüyümüzü təmin etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik və buna da nail olacağıq. Türkiyə bu məsələdə bizim yanımızdadır. Ermənilərin hazırlığı tamamilə boş aventüradır. Bu aventüra onlara heç nə gətirməyəcək. Biz həm Rusiyanın, həm də İranın hərəkətlərini neytrallaşdırmaq üçün müəyyən addımlar atmalıyıq”.

Q.Hüseynli bildirib ki, Rusiyanın addımları ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etmək olar: “Bildirmək olar ki, bölgədəki qarşıdurmanı artıran yeganə qüvvə var ki, o da Rusiyadır. Rusiya Ermənistana açıq şəkildə hava reysləri ilə müasir silahlar göndərir. Bu, Təhlükəsizlik Şurasının müzakirə obyektinə çevrilməlidir. Azərbaycanm təcili surətdə İsraillə səfirlik əlaqələri yaratmalıdır. Diplomatik əlaqələrimiz, o cümlədən onların burada nümayəndəliyi var, ancaq Azərbaycan özünün diplomatik nümayəndəliyini Təl-Əvivdə açmalıdır.

Artıq ciddi təlimlər keçirilir. Ehtiyatda olan hərbi mükəlləfiyyətlilər də çağırışa qoşulublar. Onlar hərbi hazırlıq keçəcəklər. Ölkəmiz yeni silahlar, hava hücumundan müdafiə sistemləri, təyyarələr və.s. almaqdadır. Həm İran, həm dəm Rusiya çox ciddi səhvə yol verdiklərini gec olmadan başa düşəcəklər. Nə qədər riyakar, ikiüzlü oyunlar oynamaq, hər şeyi xalqımızın üzərində qurmaq olar?! Tarixən bu dövlətlər bizi parçalayaraq bölünmüş xalqlar sırasına aid ediblər, indi də dinc yaşamağa imkan vermirlər”./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password