Bu, Konqresin tarixində ilk dəfə Ermənistanın əleyhinə qəbul edilən qərardır
“Bu qərar Ermənistanın Azərbaycana qarşı təcavüz faktını təsdiqləyir”.
Bunu açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha dəstəkləyən 296 saylı qərardan danışarkən deyib.
“Eyni zamanda Konqresə göstəriş verir ki, Post-Sovet məkanında baş vermiş 4 – Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovada münaqişələrinin məğzini araşdırsın, insanlara dəyən zərəri öyrənməklə Konqresə ətraflı məlumat versin. Zənnimcə, Konqres bundan əvvəl Azərbaycana 120 milyon dollar yardım ayırmışdı. Ermənilər çalışırdılar ki, bu yardımı dayandırsınlar və onu Ermənistana yönəltsinlər. ABŞ tərəfindən Ermənistana ayrılan yardım 10 milyon dolar məbləğində idi”.
Politoloq qeyd edib ki, Konqresin qərarına görə, ərazisində Rusiyanın hərbi bazalarını saxlayan və bu hərbi bazaları Amerikanın və NATO-nun əleyhinə çevirən, sərhədlərini rus qoşunları qoruyan bir ölkəyə hərbi yardım edilə bilməz:
“10 milyon isə humanitar yardımdır. Düşünürəm ki, Konqres faktiki olaraq, Ermənistanın Azərbaycana təcavüz faktını təsdiqləyir. Bundan sonra təcavüz nəticəsində mülki əhaliyə dəymiş ziyanın öyrənilməsi və Konqresə məlumat verilməsi barədə qərarın digər hissəində də məlumat var.
Beləliklə, Konqesin tarixində ilk dəfə olaraq Ermənistanın əleyhinə olan qərar qəbul edilib. Ermənistanın Azərbaycana işğalı faktı təsdiqlənir”.
Qeyd edək ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha dəstəkləyərək 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.(qaynarinfo)