Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

 

Artıq biz bir neçə ildir ki, yaz aylarında Ermənistanda müxalifətin fəallaşdığının şahidi oluruq. İndiki etirazları isə Paşinyana qarşı olan müxalifət və kilsə təşkil edir. Məqsədləri fürsətdən istifadə edərək mövqelərini gücləndirmək, sıralarını genişləndirməkdir.

Bu sözləri Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinə qarşı davam edən etirazlar haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Rusiyanın Ermənistanda etirazlar dalğasının genişlənməsində maraqlı olduğunu vurğulayıb:

“Burada həm də xarici faktorların təsiri var. Belə ki, Rusiya da Ermənistan ərazisində sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etməyə çalışır. Lakin rəsmi İrəvan buna imkan vermir. Nəzərə almaq lazımdır ki, Rusiya və Erməni Apostol Kilsəsinin yeparxiyasının başçısı Mkrtiç Qriqoryeviç Nersisyan (adı Yezras Nersisyan kimi də qeyd olunur – red.) ilə ermənilərin katolikosu II Qaregin qardaşdır. Etiraz aksiyalarında əsasən Rusiyada yaşayan ermənilər və Ermənistanda yaşayan rusmeyilli qüvvələr fəallıq göstərir. Onlar hansısa formada prosesin dayandırılmasını istəyirlər. 9 mayda yürüş İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir. Yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək mümkündür. Əgər bu baş verməsə, Paşinyan indiyədək göstərdiyi siyasi iradəni davam etdirəcək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password