İran və Azərbaycan arasında hidroqovşaq istifadəyə veriləcək

 

Gələn günlər ərzində İran və Azərbaycan arasında Araz çayı üzərində Qız Qalası hidroqovşağının istifadəyə veriləcəyi gözlənilir.

Bunu İranın Şərqi Azərbaycan Regional Su Şirkətinin icra direktoru Yusif Qaffarzadə deyib.

Onun sözlərinə görə, bu su hidroqovşağı iki ölkə arasında ən önəmli layihələrdən biridir ki, tam şəkildə istifadəyə hazırdır.

Qaffarzadə bildirib ki, Araz su bəndindən 196 km aşağı hissədə yerləşən Qız Qalası hidroqovşağının istifadəyə verilməsi ilə İran ərazisində 74 min hektar kənd təsərrüfatı ərazisi (Ərdəbil vilayətində 62 min hektar, Şərqi Azərbaycan vilayətində 12 min hektar) su ilə təmin olunacaq. Beləliklə qeyd olunan ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə nəticələnəcək.

Şirkət rəsmisi deyib ki, Qız Qalası hidroqovşağı saniyədə 3.44 min kubmetr daşqınlarla əlaqədar hər iki tərəfdə tənzimləyici kanal nəzərdə tutulub.

Qeyd edək ki, İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına 5.5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsait xərclənib. Bu su bəndi vasitəsi ilə İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində 74 min hektar ərazi su ilə təmin olunacaq və 85 min nəfərin işlə təmin olunması ilə nəticələnəcək. Bu su bəndi ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyard kubmetr İran üçün) suyu tənzimləyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password