Parlament seçkiləri ilə bağlı ilk açıqlama
Qanunvericiliyə əsasən, bu il noyabrda parlament seçkiləri olmalıdır.
Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.