Tehran yenə üstüörtülü danışdı – “Qəbul etməyəcəyik ki, Cənubi Qafqazda…”

 

İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza daxil olması təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının mənafeyinin təmin edilməsinə kömək etmir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir. O əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.

Kənani bildirib ki, İranın strategiyası Cənubi Qafqazda fikir ayrılıqlarının aradan qaldırılması və sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün mövcud mexanizmlərdən istifadə etməklə danışıqlar və çoxtərəfli dialoq aparmaqdır.

“Cənubi Qafqazda hərbiləşmənin artırılmasına yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və regionda sülh prosesinə zərər verəcək və İran bunu qəbul etməyəcək. Region ölkələri bölgədə vəziyyəti çətinləşdirəcək mexanizmlər formalaşdırmaq istəmir”, – İran rəsmisi bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password