Vardanyan xəritəni göstərdi – “İrəvan da Azərbaycana çox yaxındır”

 

Ermənistan sərhədlərinin sabitliyini və təhlükəsizlik səviyyəsinin artırılmasını istəməyən qüvvələr var.

Bunu Ermənistan parlamentinin komitə sədri, hakim partiyanın deputatı Vladimir Vardanyan deyib.

Deputat Ermənistanın radikal müxalifəti və revanşistlərin sərhədin delimitasiyası prosesinə müdaxilə cəhdlərini “təhlükəli” adlandırıb:

“Siyasətdə hər şey mümkündür, amma bu məqam xüsusilə təhlükəlidir, məsələn, hansısa qüvvələrin müdaxilə ilə prosesi dayandırmağa çalışması”.

Vardanyan radikallar tərəfindən qızışdırılan Tavuş sakinlərinin etirazları və “azərbaycanlılar evlərinə yaxınlaşması” ilə bağlı şüarlarına da münasibət bildirib:

“Əgər kimsə Naxçıvanın sərhədinə getməyibsə, deyim ki, Azərbaycan İrəvandan çox da uzaqda deyil. Heç kim düşməni (Azərbaycanı nəzərdə tutur – red.) Ermənistan ərazisinə gətirmək istəmir, biz bu prinsipdən çıxış etməliyik ki, bizim SSRİ-nin dağıldığı gün mövcud olan inzibati sərhədlər əsasında aydın və hüquqi cəhətdən əsaslandırılmış qarşılıqlı məqbul delimitasiya edilmiş sərhədimiz olmalıdır. Əgər siz mənə Almatı bəyannaməsi çərçivəsində Ermənistanın Tavuşa məxsus hansısa ərazini (Azərbaycana) verdiyini göstərsəniz, o zaman haqlı ola bilərsiniz, ancaq belə bir xəritə göstərə bilməzsiniz. Açıq deyirəm: xətt belədir – xəttin bu tərəfi mənimdir, o tərəfi mənim deyil, burada heç bir müzakirə ola bilməz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password