Rusiya sülhməramlıları Qarabağı tərk etməyə başladı – Video

 

Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edir. Sülhməramlılara məxsus hərbi texnikaların Tərtərdə hərəkətini əks etdirən görüntülər də yayılıb. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password