Paşinyan xəritəni açdı – “Heç vaxt bizim olmayıb”

 

Ermənistan tərəfi həmişə sərhəddə bu cür təxribatlar törədib və törətməkdə də davam edəcək. İntensivlik düşünürəm ki, 5 aprel görüşündən sonra daha ciddi müşahidə olunur.

Bunu Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Ermənistan düşünür ki, Azərbaycana qarşı hücumedici addım atmaq lazımdır:

“Çünki artıq Ermənistanın arxasında Avropa İttifaqı, ABŞ və digər qüvvələr var. Ermənistanı Hindistan, Fransa kimi qüvvələr silahlandırır. Biz onların ərazisinə heç vaxt göz dikməmişik. Belə bir planımız da yox idi. Biz ancaq özümüzü müdafiə edirik. Torpaqlarımızı azad etmişik, suverenliyimizi bərpa etmişik. Amma onlar əgər belə təxribatlarla, bundan sonra da məşğul olmaq fikrindədirlərsə, təbii ki, adekvat cavablarını alacaqlar. Onlar bunu bilməlidirlər ki, aparıcı qüvvələr gəlib ermənilərin əvəzinə burda savaşa qatılmayacaqlar. İndi hansısa dövlət Ermənistana silah verirsə, bu o demək deyil ki, biz oturub gözləyirik. Azərbaycan hərbi potensialını gücləndirir. Bu istiqamətdə ciddi işlər görülür”.

Politoloq bildirib ki, 5 aprel görüşündən sonra, Nikol Paşinyanın ümidləri puç oldu:

 

“Görüş ərəfəsində yardım məsələsi milyardlardan gedirdi. Amma nəticədə gəlib milyonlara düşdü. Yəni bu milyonlarla da bu qədər iqtisadi inkişaf mümkün deyil. Hətta Paşinyanın opponentləri də artıq ona qarşı çıxış etməyə başlayıblar. Bu maliyyə yardımı əsasında ölkəni belə iqtisadi inkişaf səviyyəsinə gətirmək mümkün deyil. Düşünmürəm ki, Ermənistana olunan yardım faydalı olsun”.

Fikrət Sadıqov qeyd edib ki, Ermənistanın 4 kəndi qaytarması mütləqdir:

“Paşinyan hətta bəyan edib ki, Ermənistanın xəritəsində heç vaxt bu kəndlər olmayıb. Eyni zamanda Paşinyan narahatçılıq hiss edir. Bilir ki, orada ona qarşı güclü müxalifət qüvvələri var. Buna qarşı onlar çıxış edəcəklər. Sadəcə olaraq, Paşinyan hökumətinə qarşı yönələn addımlar atıla bilər. Digər tərəfdən orada əhali də narazılığını bildirir. Amma Paşinyan artıq reallıqla hesablaşmalıdır. Gec-tez kəndləri bizə qaytarmalıdır. Heç vaxt kəndlərimizdən imtina etməyəcəyik. Kəndlərimizin qaytarılması üçün güc tətbiq olunmasını istəmirsə, gedib tərəfdarlarını, əhalisini inandırsın ki, bunun başqa variantı yoxdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password