Zelenskidən sensasion açıqlama: “Ruslar hara hücum edəcəyimizi əvvəldən bilirdi”

 

Ukrayna Prezidenti Vladimir Zelenski 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücumunun əvvəldən məhvə məhkum olduğunu etiraf edib.

O, bu barədə fikirlərini “Axel Springer”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ruslar bizim hara hücum edəcəyimizi bilirdilər: “Hardan bildilər? Bu məlumatı haradan əldə ediblər? Bunu sizə deyə bilmərəm. Bunu zaman göstərəcək. Ötənilki əks-hücum o qədər də uğurlu olmayıb. İstədiyimiz nəticəni əldə edə bilmədik. Bəzi problemlərə görə Ukrayna günahkardır”.

O, qoşunların düzgün təchiz olunmadığını vurğulayıb: “Bununla belə əks-hücumun “müsbət tərəfi” də var. Məsələn, Qara dənizdəki əməliyyatlarımız uğurlu idi. Qara dənizdə alternativ taxıl dəhlizi yaratdıq və Rusiya donanmasının bir çox hissəsini məhv etdik. Bütün bunlar böyük uğurdurmu? Bir tərəfdən, yox. Digər tərəfdən, Ukrayna müqavimət göstərə bildi bu, bizim üçün böyük uğurdur.

Artıq 2024-cü ildə Ukraynanın əks-hücum planları var. Və bu əks-hücum bizə müəyyən nəticələr verməlidir. 2024-cü ildə əks-hücumun əsas hədəfi hava limanları və körpülər kimi kritik yerlərdir. Krım körpüsünə zərbə endirməliyik. Amma Krım körpüsü yeganə məqsəd deyil. Söhbət hərbi hədəf olan bəzi infrastruktur obyektlərindən gedir. Orada silahların gətirildiyi körpülər var. Təyyarələr havaya qalxıb bizi bombalayır. Biz bunun qarşısını almalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password