Müharibə bölgə dəyişdirir – Üç ölkə hərbi ittifaq qurur

 

ABŞ Prezidenti Co Baydenin təklifi ilə aprelin 11-də Vaşinqtonda Yaponiya Baş naziri Fumio Kişida və Filippin Prezidenti Ferdinand Markosla üçtərəfli görüş keçiriləcək. Görüşdə üçtərəfli iqtisadi əməkdaşlığın inkişafı yolları, yeni texnologiyalar və təhlükəsizlik mövzuları müzakirə ediləcək. Əslində, Vaşinqton yeni üçtərəfli ittifaqı Çinə qarşı formalaşdırmağa çalışır. Hər üç ölkənin Çinin siyasəti ilə bağlı narahatlığı var.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri xatırladırlar ki, bundan əvvəl də apreldə Yaponiya baş nazirinin ABŞ-yə səfəri nəzərdə tutulmuşdu:

“Ancaq daha sonra Ağ Ev Filippin prezidentini də eyni gündə Vaşinqtonda görmək istədi. Tokio buna etiraz etmədi, əksinə üçtərəfli müzakirənin ümumi işin xeyrinə olacağını qəbul etdi. Üçtərəfli ittifaqın Çinə qarşı olacağı rəsmi şəkildə elan olunmayıb. Amma Vaşinqton son illərdə Çin ətrafında müxtəlif ittifaqlar formalaşdırıb, ekspertlər ABŞ-Yaponiya-Filippin üçlüyünün də bunlardan biri olacağı qənaətindədir. Dövlət katibi Entoni Blinken martın 19-da Filippinə səfəri zamanı əsas müzakirəni Çinin siyasəti ətrafında aparıb.

Filippinlə Çin arasında gərginlik hərbi gəmilərin dənizlərdə bir-birlərinə yaxınlaşmasıyla əlaqəlidir. Filippin hərbçiləri ötən il Çini Cənubi Çin dənizində “təhlükəsiz olmayan hərəkətlər”ə son qoymağa çağırmışdı. Çin hərbi gəmisi Filippin hərbi gəmisini sıxışdırıb yolunu dəyişdirməyə məcbur etmişdi”.

Məqalədə qeyd olunur ki, Çin bütövlükdə Cənubi Çin dənizinə nəzarət etmək istəyir:

“Çünki dənizin bu hissəsində hər il 3 trilyon dollardan çox dövriyyənin olduğu gəmilər yük daşıyırlar. Filippin Çinin dənizin tamamına iddiasını qəbul etmir.

Ferdinand Markos ölkəsində ABŞ-yə məxsus hərbi bazaların yerləşməsinə şərait yaradıb. Bu, iki ölkə arasında hərbi ittifaqı gücləndirib. ABŞ Filippinə yatırımlarını artırıb, bu ölkədə texnoloji sənaye müəssisələrinin açılmasına dəstək verib. Filippin prezidenti ötən il Vaşinqtona səfər edib. Apreldəki səfər zamanı hərbi əməkdaşlığın inkişafına təkan verməlidir. Tokio da Cənubi Çin dənizindəki durumdan narahatdır. Yaponiya baş naziri hesab edir ki, bu gün Ukraynada baş verənlər yaxın müddətdə Şərqi Asiyada da baş verə bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password