Arkov: Bakı buna çox sərt cavab verəcək

 

Nə NATO-da, nə AB-də, xüsusən də ABŞ-da heç kim Ermənistanı qorumaq və xilas etməyi planlaşdırır. Bütün bunlar onlara tamamilə başqa bir şey üçün – Rusiya, Azərbaycan, İran və hətta alyansa üzv olmasına baxmayaraq, Türkiyəyə təzyiq vasitəsi kimi lazımdır.

Bu sözləri rusiyalı politoloq Vitali Arkov Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin aprelin 5-də Brüsseldə gözlənilən görüşünü şərh edərkən deyib.

“Ermənistanda bunun əksini düşünənlərə 2020-ci ilin payızını xatırlamağı məsləhət görürəm. Fransa, bütövlükdə AB və ABŞ İkinci Qarabağ müharibəsini dayandırdı? – Yox! Cənubi Qafqazda Fransa hakimiyyətinin təhriki əsasında yenidən başlayan silahlı qarşıdurma ilə yalnız Rusiya məşğul oldu. Moskva Bakı və İrəvanı danışıqlar masasına oturtmağa, hərbi əməliyyatları dayandırmağa və Cənubi Qafqazı dinc inkişaf yoluna qaytarmağa nail oldu. Vaşinqton o zaman daxili problemlərlə məşğul idi. Bayden və Trampın qarşıdurması, eləcə də Avropa bürokratiyasının münaqişədən uzaqlaşaraq “Uşaqlar, gəlin birlikdə yaşayaq!” ruhunda anlaşılmaz sözlər mırıldanması buna misaldır. Paris əslində İrəvanı sonuncu erməniyə qədər döyüşməyə sövq etdi, bunun üçün silah və hətta pul verəcəyini vəd etdi, əsl məqsədini – Azərbaycanı zəiflətməyi gizlətmədi”, – o bildirib.

Arkovun fikrincə, İrəvanla Paris arasında müzakirə olunan hərbi razılaşma Ermənistandakı revanşistlərin başını döndərə bilər:

“Üçtərəfli Bəyannamənin 9-cu bəndində nəzərdə tutulan tarixi nəqliyyat dəhlizinin önünü açmaq əvəzinə “artsaxı qaytarmaq” və Naxçıvan Muxtar Respublikasını “sıxmaq” cəhdləri olacaq. Aydındır ki, Azərbaycan buna son dərəcə sərt cavab verəcək və hələ də Ermənistanın işğalı altında olan bütün ərazilər üzərində nəzarətini bərpa etməyənə, eləcə də sərhədlərinin təhlükəsizliyini təmin etməyə şərait yaratmayana qədər dayanmayacaq. Belə olan halda onun Paris, Brüssel və Vaşinqtondakı yeni “dostları” Ermənistanı xilas edəcəkmi? – Cavab bəllidir. Çətin ki, İrəvan bundan sonra Moskva və Tehrandan dəstək, yardım alsın, tarixi müttəfiqlərinə və həqiqi dostlarına xəyanət edənlər bunu almırlar, lakin xəyanətə görə nümunəvi cəzaya layiqdirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password