“Putin, Rusiya tarixində ilk dəfə baş əyərək kömək istədi…” – “Dünən o, bizə açıq siqnal verdi ki…”

 

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri dünyanın bir çox sahələrinə – iqtisadiyyata, miqrasiyaya, siyasətə təsir edəcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, döyüşlər nə qədər uzansa, təsirlər bir o qədər güclü olacaq.

Zelenski vurğulayıb ki, Ukrayna ordusunda silah, xüsusilə artilleriya və uzaqmənzilli silah çatışmazlığı Rusiya Prezidenti Vladimir Putini gücləndirir.

Ukrayna silahlı qüvvələrinin Donetsk vilayətinin Avdeyevka şəhərindən çıxarılmasını şərh edən Zelenski qeyd edib ki, bu, kəskin sursat çatışmazlığı fonunda baş verib.

“Avdeyevkadan geri çəkilmək qərarı tamamilə məntiqli idi, biz xalqımızın həyatını xilas etməliyik”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, başqa xətlərə çəkilmək qərarı mühasirəyə düşməmək üçün verilib.

Bundan əlavə, Ukrayna Prezidenti çıxışında konfrans iştirakçılarını Rusiyaya qarşı mübarizədə qüvvələri birləşdirməyə çağırıb. Zelenskinin sözlərinə görə, kimin Rusiya prezidenti olmasının əhəmiyyəti yoxdur. Çünki hər bir Rusiya lideri aqressiv xarici siyasət yürüdəcək: “Təcavüzkar üzərində qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Putinin məğlubiyyətindən qorxmaq lazım deyil, o, azad dövlətlər üçün təhlükədir. Dünən, sözün əsl mənasında, o, bizə açıq siqnal verdi – daha bir müxalifətçini öldürdü. Putindən qorxmayaq, onun rejimini məhv edək. Təəssüf ki, Ukraynanı süni şəkildə silah qıtlığında saxlamaq, xüsusən də artilleriya və uzaq mənzilli silah çatışmazlığı Putinə hərbi əməliyyatların intensivliyinə uyğunlaşmağa imkan verir.

İndi Rusiyanın yeganə üstünlüyü bizim silahların çatışmamasıdır. Rusiyada insan həyatı dəyərsizdir. İtkilərimizin miqyasını deyə bilmərəm. Amma Avdeyevkada həlak olmuş hər ukraynalıya yeddi rus düşür. Rusiya tarixində ilk dəfə Putin baş əyərək İran və Şimali Koreyadan kömək istədi. Ukraynadan müharibənin nə vaxt bitəcəyini soruşmayın. Özünüzdən soruşun ki, Putin niyə hələ də müharibəni davam etdirə bilir?”

“Ümid edirəm ki, qaçqınlar qayıdacaq, bunun üçün hər şeyi edəcəyik. Biz Ukraynanın qalib gələ bilməyəcəyi ilə bağlı əsas mifi yıxacağıq, torpaqlarımızı qaytaracağıq. Bu gün Putini məğlub etməsək, sonda Rusiyada növbəti hakimiyyətdə kimin olmasının heç bir əhəmiyyəti olmayacaq. Bütün dünya qaranlığa qərq olacaq. Biz bütün boşluqları sanksiyalarla bağlamalıyıq və Rusiya iqtisadiyyatı bu təcavüzdən əziyyət çəkməlidir. Dondurulmuş aktivlər müsadirə edilməlidir. Onun bütün dostlarını sərvətlərindən məhrum etməliyik. Mütərəqqi qüvvələr birləşməlidir. Putin digər insanların hərəkətləri ilə manipulyasiya etmək qabiliyyətindən məhrum edilməlidir. BMT nizamnaməsi var, bu gün Rusiya buna məhəl qoymur. Ukrayna bu xartiyaya əsaslanan sülh formulunu təklif edib” – deyə, Zelenski bildirib. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password