Məhəmmədi modul tipli xəstəxanada müalicə alanlar hərtərəfli qayğı ilə əhatə olunub

 

Bu gün ölkəmizin səhiyyə sistemində əldə olunan uğurların təməlində ulu öndərimiz, dahi Heydər Əliyevin rəhbərliyi ilə aparılan geniş islahatları dayanır. Heydər Əliyev üçün ən vacib olan məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli əsl peşəkar həkim kadrların hazırlanması idi. Ölkə əhalisinin sağlamlığının etibarlı qorunması üçün, ilk növbədə səhiyyənin qanunvericilik bazası möhkəmləndirdi və bir neçə vacib qanunlar qəbul olundu.
Bu gün Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Son illər bu sahənin dünya standartlarına çatdırılması üçün müasir tipli xəstəxanalar tikilir, mövcud olan tibb ocaqları əsaslı təmir olunur, ən müasir avadnlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilir. Bu sahədə əldə olunan uğurlar, əhalinin sağlamlığının qorunmasına verilən əhəmiyyət dövlətimizin bu sahəyə yetirdiyi diqqətin əyani təzahürüdür. Fəxrlə qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır. Bu barədə danışarkən cənab Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Ölkə başçısı onu da vurğulamışdır ki, həkimlər gözəl xəstəxanalarda işləməlidir və insanlarımız da sağlam olmalıdır. Bunun üçün cənab Prezident öz səylərini əsirgəmir, bu sahənin inkişafını daim diqqətdə saxlayır.

Qeyd etdiyimiz kimi bu gün Azərbaycanda insanların sağlamlıqlarını etibar edə biləcəyi tibb müəssisələri çoxdur. Belə tibb ocaqlarından biri də Abşeron rayonunun Məhəmmədi kəndində yeni yaradılmış modul tipli xəstəxanadır. Bu modul tipli xəstəxana fəaliyyətə başladığı ilk vaxtlarda ancaq koronavirusa yoluxmuş xəstələri qəbul edib müalicəsi ilə məşğul olurdusa, bu gün isə tam şəkildə insanlara yüksək səviyyəli tibbi xidmətlər göstərməkdədir. .

Xəstəxanada yarandığı gündən bu günə kimi insanların sağlamlığına xüsusi diqqət yetirilir. Bəlkə ona görə də bu gün Məhəmmədidəki modul tipli xəstəxanası digərlərindən fərqlənir. Xəstəxanada çalışan bacarıqlı, savadlı həkimlər çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Bu xəstəxana dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür.

Tibb ocağında yaradılmış nizam-intizam, müraciət edən xəstələrlə xoş rəftar, hər bir xəstəyə xüsusi qayğının nəticəsidir ki, bu tibb ocağına gələn pasiyentlərin hamısı razılıq edir. Həmkarımız, qələm dostumuz Tahir Abbasov da bu xəstəxanın tibb personalından razılıq edənlərdən biridir. Həmkarımız deyir ki,  bu xəstəxanada çalışan hər kəs xəstələrlə olduqca mehriban davranırlar, xəstələrə xüsusi diqqət və qayğı göstərirlər və hər bir xəstəni, sanki öz əzizləri hesab edirlər.  “Xəstəxanada hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Həkimlər də tez-tez palatamıza gəlir, səhhətimizlə maraqlanırlar. Müalicəm uğurla davam edir, səhhətim gündən-günə yaxşıya doğru gedir. Həkimlərin qayğısı sayəsində tezliklə tam sağalacam” -deyir qələm dostumuz.

Xəstəxananın baş həkimi Güllü Əhmədova öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi ilə özünə böyük hörmət qazanan təcrübəli tibb işçisidir. Onun, hər bir xəstəyə olan  xoş, səmimi, insani münasibəti hər zaman özünü biruzə verir. Reanımasiya şöbəsinin müdiri Solmaz Məmmədova da, baş tibb bacısı Səbinə Rəsulova da xəstəxanada səmimiyyəti ilə özünə inam yaratmış tibb işçilərindəndirlər.

Bəli, Güllü xanım Əhmədovanın rəhbərlik etdiyi bu səhiyyə müəssisəsində formalaşan ab-hava, kollektiv üzvlərinin gülərüzlüyü, hər bir həkimin, tibb bacısının hər kəsə səmimi münasibət göstərməsi onu söyləməyə əsas verir ki, həqiqətən də adı çəkilən bu səhiyyə müəssisəsində xüsusi bir mühit formalaşıb.  Bütün bunlar Məhəmmədi kəndindəki modul tipli xəstəxanada yaşanan xoş ab-havanın varlığını, həyata keçirilən idarəetmənin mahiyyətini müəyyən etməyə tam əsas verir.

Tahir müəllim deyir ki, “bu həkimlər barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki, onlar həyatdaki ən vacib, ən dəyərli nemət can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər”.
Biz də redaksiyamız adından Məhəmmədidəki modul tipli xəstəxananın tibb personalına insanların sağlamlığının keşiyində durmaq üçün uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyirik.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password