İran qorxdu: İsraili başqa savaşa çəkməyin! – VP

 

ABŞ-la birbaşa qarşıdurmaya təhrik edilməkdən ehtiyat edən İran xüsusi olaraq Hizbullahı və Yaxın Şərqdəki digər silahlı hərəkatları bölgədəki Amerika qüvvələrinə qarşı təmkinli olmağa çağırıb.

Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ qüvvələri bu ay Yəmən, Suriya və İraqda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirdikdə, Tehran açıq şəkildə ordusunun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu bildirdi. Ancaq Livan və İraqın danışıqlar haqda məlumatlı məmurlarının sözlərinə görə, yüksəkçinli liderlər ehtiyatlı olmağa çağırır”, – məqalədə bildirilib.

Vurğulanıb ki, İraq şiə qruplaşması Kətaib Hizbullah üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürdükdən bir neçə gün sonra İran hərbi komandiri yanvar ayında Bağdada gedib və hərəkat liderlərindən Amerika obyektlərinə hücumları dayandırdıqlarını elan edən bəyanatla çıxış etməyi tələb edib. İraqlı bir rəsmi qəzetə bildirib ki, liderlər buna könülsüz razılaşıblar.

Hizbullah hərəkatındakı mənbə qəzetə deyib ki, fevral ayında Livanda keçirilən toplantıda İran rəsmiləri hərəkat üzvlərinə İsrailin Baş naziri Binyamin Netanyahuya Livan və ya başqa bir yerdə daha geniş müharibəyə başlamaq üçün səbəb verməkdə maraqlı olmadıqlarını izah ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password