Bakıdan İrəvana son tələb: İki vacib şərt təmin olunmasa…

 

Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan 2020-ci ilin üçtərəfli razılaşması əsasında üzərinə öhdəlik götürüb. Amma indiyə kimi erməni tərəfi bu öhdəliklərin heç birini yerinə yetirməyib. Meğridən yolun açılması, silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı başlıca şərtləri Ermənistan icra etmədi. Azərbaycan bu məsələlərin çoxunu özü təmin etdi.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Meğridən keçəcək dəmir yolunun guya Ermənistanın suverenliyini pozduğuna dair yanaşmalar kökündən yanlışdır. Hazırda Azərbaycanla İran arasında Naxçıvana gedəcək yolla bağlı razılaşma var. Amma İran heç də bu yolun onun suverenliyini pozduğunu iddia etmir. Ona görə də, Ermənistanın bu yanaşmaları məntiqsizdir. Bu, Zəngəzur yolunun açılmasına qarşı erməni tərəfinin bəhanələrindən biridir”, – deyə o qeyd edib.

Komitə sədri hesab edir ki, erməni tərəfinin dəhliz anlayışına olan yanaşması əsassızdır:

“Fakt odur ki, Ermənistan Fransa kimi havadarlarının fitvası ilə sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Sərhədlərin dəqiqləşdirilməsi, 8 kəndin boşaldılması məsələsini belə erməni tərəfi bilərək ləngidir. Məqsəd hansısa bir əlverişli şəraitin formalaşmasına qədər prosesi uzatmaqdır”.

Ziyafət Əsgərov vurğulayıb ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması da məhz erməni lobbisinin istəklərinə uyğundur:

“Görünən odur ki, beynəlxalq prinsiplər ayaqlar altına atılıb. Avropa demokratiyasının əslində mənasız olduğu üzə çıxdı. Məlum oldu ki, Avropada ancaq şəxsi maraqlar əsas götürülür. Azərbaycanın bu günki inkişafı qələbəsi onları narahat edir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password