Səttar Bəhlulzadə dünyasının inikası: Ev-muzeyindən FOTOREPORTAJ

 

Bura Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin ev-muzeyidir.

PhotoStock.az muzeydən fotoreportajı təqdim edir:

İnteryerdə rəssamın fırçaları, boyaları, müxtəlif illərdə elmi nəşrlərdə dərc olunan məqalələri, şəxsi və rəsmi fotoşəkilləri, məşhur əsərlərinin, o cümlədən “Corat qovunları” rəsminin reproduksiyaları da yer alıb.

Vitrinlərdə müxtəlif əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanan təbrik teleqramları, S.Bəhlulzadənin müxtəlif dillərdəki kataloqu, fərdi sərgilərinə dəvətnamələr, şəxsi sənədlər və digər tarixi əhəmiyyətə malik eksponatlar sərgilənir. Vitrinlərdə rəssamın fərdi kitabları, sənət dostlarının rəssama təqdim etdiyi kitablar, onun haqqında kitablar da yerləşdirilib.

Qeyd edək ki, hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub-saxlanılır.

O, 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Rəssam oktyabrın 16-da Bakıda Fəxri xiyabanda deyil, öz vəsiyyəti ilə doğulduğu Əmircan kəndində, anasının məzarının yanında dəfn edilib. Bəhlulzadənin məzarı üzərində heykəltəraş Ömər Eldarov tərəfindən əlində iki boş şəkil çərçivəsi olan rəssamın heykəli ucaldılıb.

Hazırda Bakının Suraxanı rayonunda bir küçə, doğma kəndi Əmircanın Mədəniyyət Evi Bəhlulzadənin adını daşıyır.

Daha çox foto burada: PhotoStock.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password