Makronun İrəvan üçün “tarixi qərarı” nədir? – Marqaryan

 

Makron Fransa hərbçiləri qarşısında çıxış edib. O, digər məsələlərlə yanaşı, böyük bir xalqın üzərinə düşən vəzifələrdən (Fransa xalqını nəzərdə tutub – red.), Fransanın rolunun gücləndirilməsindən və tarixi qərarların qəbulundan, xüsusən də Ermənistanla bağlı danışıb.

Bunu erməni analitik Ruben Marqaryan deyib.

“İrəvan-Paris əlaqələrinin güclü və yaxşı kökləri var. Ermənistanın Fransaya və onun xalqına qarşı həmişə isti münasibəti olub. “Soyqırım”dan sonra on minlərlə erməni qaçqına sığınacaq verən Fransanı xatırlayırıq. Paris bizim üçün Mişel Leqran, Şarl Aznavur, Fransa müqavimətinin qəhrəmanı Misak Manuçyan və digərləridir. Amma bu gün Makron Ermənistanda “mövqeyi gücləndirmək”dən, İrəvanla bağlı “tarixi qərarlardan” danışanda onun nə demək istədiyini daha dəqiq bilmək istərdim. Çünki Ermənistan üçün “mövqeyini gücləndirməyin” və “tarixi qərarların” müsbət nəticələri hələ görünmür. Fransanın Ermənistanla bağlı tarixi qərarlarından danışarkən Makron nə ilə fəxr edir? Gəlin faktla danışaq. Fransanın 2020-ci ildə müharibəni dayandırmaq cəhdləri nəticə vermədi. Paris 2023-cü ildə Azərbaycanın “artsaxa qarşı təcavüzünü” də dayandıra bilmədi. Parisin “tarixi qərarları” və üstəlik, onların Ermənistan üçün müsbət nəticələri nədən ibarətdir? Saxta müşahidəçilərdən? Fransız futbolçu Nikolas Anelkanın Ermənistanda futbol akademiyası açmaq niyyətindən? Paşinyanın Avropanın nüfuzlu partiyalarının əyləncələrinə dəvət almasından? Ermənistana zəif və məhdud silah partiyasını verməkdən? Senatın “artsax”la bağlı son qətnaməsindən? Belə ki, 2020-ci ilin noyabrında Fransa Senatı “dqr”in tanınmasının zəruriliyi ilə bağlı qətnamə qəbul edib. Və? Bəlkə Paris Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin edəcəyinə söz verib, amma biz bilmirik? Etiraf etmək lazımdır: Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçilik rolunu oynamaq cəhdləri bu münasibətlərin normallaşması baxımından nəticə vermədi. Üstəlik, Parisin fəal vasitəçiliyi Ermənistan-Rusiya münasibətlərində neqativ prosesləri stimullaşdırdı ki, bu da “artsax” ətrafında böhranı daha da gərginləşdirdi. Bəlkə Makronun vasitəçilik səyləri kollektiv Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün ümumi planının həyata keçirilməsi istiqamətində şüurlu addım idi?”, – o bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password