Saxta protokol yazan DYP əməkdaşlarından Vilayət Eyvazova müraciət olundu

 

 Şəki rayonu, Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Natiq Məmmədəli oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevaya və mətbuat orqanlarına müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:

Hörmətli Prezident! Bu ilin yanvarın 11-də   mən şəxsi VAZ 21124 markalı, 99MF155 nömrəli avtomobilimlə işimlə bağlı Xocəsən qəsəbəsi tərəfdən Lökbatan istiqamətində saatda 60 km\saat sürətlə hərəkət etdiyim zaman qarşıdan gələn DYP avtomobili  özünə məxsus  radarı ilə guya Bakı Ç Kənar dairəvi yolda GPS, 40ş3799, 49.7761 koordinatında mənim sürətimin 121 km \saat olması barədə elektron protokol tərtib edərək göndərmişdir. Əvvəlcə bildirim ki, həmin gün Xocəsən tərəfdən Bakı dairəvi kənar yol istiqamətində hərəkət edərkən qarşıdan gələn avtomobillər işıq siqnalı verirdilər ki, DYP avtomobili reyd edir. Mən də həmişəki kimi sürət normasına əməl edərək hərəkətimi davam etdirdim. DYP-nin təqdim etdiyi və qəsdən qırmızı boya ilə montaj etdikləri videoda mənim avtomobilim QAZel markalı avtomobilin arxasınca hərəkət edir. Axı QAZel nə vaxtdan 120 sürətlə hərəkət edə bilər ki, mən də ara mçəsafəsi saxlamaqla hərəkət edim. Mən də köhnə rus avtomobilimi 120 sürətlə heç vaxt idarə etməmişəm. Hətta 100 sürəndə sükanda silkələnmə baş verir.  

 Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Mən günahı bu DYP avtomobilinə “PLAN” qoyan rəhbərlərdə görürəm ki, bu bədbəxtlər də çarəsiz qalıb mənim kimi kasıb adamların köhnə avtomobillərinə saxta və əsasız cərimə yazmaqla verilən TAPŞIRIĞI yerinə yetirib ailəsinə çörək aparmaq istəyir.  İndi gətirib təqdim etsinlər ki, mənim avtomobilimin sürəti 121 olub. Sonra tərtib etdikləri İXM –nin 328.4-nə mən də əməl eəcəm. Sübut edə bilməsələr bu adamları tapıb dərhal cəzalandırın ki, Prezident seçkisi ərəfəsində bizim kimi kasıb adamları dövlətdən narazı salmasınlar. Bazarı yığışdırmaq lazımdır. Mən şəhid qardaşım Əbdürrəhimov Faiq Məmmədəli oğlu ondan ötrü qanını bu torpağa tökməyib ki, belə saxtakar DYP işçiləri biz sürücülərə qarşı haramzadalıq etsinlər.

  Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, mənə saxta protokol yazan  DYP əməkdaşlarının sübutları təqdim edə bilmədikləri halda cəzalandırılmalarını xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk. Sağ olun. 

Natiq Əbdürəhimov şəxs.jpeg

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password