Britaniya Ukraniyada hərbi baza yaradır? – “Rişi Sunak Rusiyanın hədəsindən qorxsaydı…”

 

“Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunak iki əhəmiyyətli addım atıb”.

Politoloq Elxan Şahinoğlu Rişi Sunakın Kiyevə səfərinin yekunlarını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, onun birinci addımı Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik sahəsində ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalamasıdır: “London Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə qərar verib. Bu qərar Kremlin narahatlığına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, əgər Böyük Britaniya Ukraynada hərbi baza yaradarsa, bu Londonun Rusiyaya qarşı müharibə elan etməsi olacaq. Rişi Sunak Kremlin hədəsindən ehtiyat etsəydi, Kiyevlə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa qərar verməzdi. London Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsini istəyir”.

Təhlilçi qeyd efir ki, Rişi Sunakın ikinci mühüm addımı ABŞ ilə birgə Yəməndə husilərin mövqelərinə raket zərbəsi endirməsinə razılıq verməsidir. “Bu, Rusiya ilə yanaşı Türkiyənin də narazılığına səbəb olub. Husilərin mövqelərinin raketlərlə vurulacağı gözlənilən idi. Çünki husilər Qırmız dənizdə üzən ticarət gəmilərinə hücum əməliyyatlarından imtina etməyiblər”, – E. Şahinoğlu əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password