Çempionlar Liqası: 1/8 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib

 

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Son gündə daha 4 qrupda mübarizə başa çatıb.

E, F, G və H qruplarında buna qədər “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni təmin etmişdilər.

Son matçların ardından “Portu” və PSJ də onlara qoşulublar.

Bununla da qitənin ən nüfuzlu klub turnirində bütün 1/8 finalçılar bəlli olub.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur

E qrupu
“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0
“Seltik” (Şotlandiya) – “Feyenoord” (Niderland) 2:1
Xal durumu: “Atletiko” – 14, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” – 4.

F qrupu
“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:1
“Nyukasl” (İngiltərə) – “Milan” (İtaliya) 1:2
Xal durumu: “Borussiya” – 11, PSJ – 8, “Milan” – 8, “Nyukasl” – 5.

G qrupu
“Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) 2:3
“Leyptsiq” (Almaniya) – Yanq Boyz” (İsveçrə) 2:1
Xal durumu: “Mançester Siti” – 18, “Leyptsiq” – 12, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1.

H qrupu
“Antverpen” (Belçika) – “Barselona” (İspaniya) 3:2
“Portu” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3
Xal durumu: “Barselona” – 12, “Portu” – 12, “Şaxtyor” – 9, “Antverpen” – 3.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password