Bayden Çin liderinə söz verdi: “Səni görəcəm”

 

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinin G20 ölkələrinin Hindistanda keçiriləcək sammitində iştirakdan imtina etməsindən məyusdur.

Amerika lideri buna baxmayaraq, çinli həmkarı ilə mütləq görüşəcəyini bildirib.

“Məyus oldum, amma onu görəcəm”, – Bayden deyib.

Si Cinpin G20 toplantısına şəxsən qatılmayacaq. Çini sammitdə baş nazir Li Qianq təmsil edəcək.

Sammit sentyabrın 7-10-da Dehlidə keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password