Azərbaycan çempionatı: “Qarabağ” ilk qələbəsini qazanıb

 

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə ilk qələbəsini qazanıb.

İlk matçda “Zirə”yə uduzan Ağdam klubu II turda “Turan Tovuz”dan güclü olub.

Komanda öz meydanında böyük hesablı qələbəyə sevinib – 3:0.

30-cu dəqiqədə Juninyo “atlılar”ın ilk qolunu vurub.

66-cı dəqiqədə Abdullah Zubir fərqi artırıb.

Üç dəqiqə sonra Adama Diakabi matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra “Qarabağ” üç xalla dördüncüdür. Eyni xala malik “Turan Tovuz” beşinci pillədə qərarlaşıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password