Dünyada ilk mobil telefon zəngi: Bu barədə nə bilirik?

 

50 il əvvəl, 1973-cü il aprelin 3-də dünyada ilk mobil telefon danışığı edilib.

İlk zəngi “mobil telefonun atası” da adlandırılan “Motorola” mühəndisi Martin Kuper edib.

O, rəqib “AT&T Bell Laboratories”dən Joel Angella zəng edərək, “şəxsi, əl ilə daşınan telefon” istifadə etdiyini söyləyib.

“Və mən dedim ki, Joel, bu Martin Kuperdir… Mən sizinlə mobil telefonla danışıram. Ancaq əsl mobil telefon – şəxsi, portativ, əl ilə. Xəttin o biri ucunda səssizlik hökm sürürdü. Düşünürəm ki, o, dişlərini qıcırlayırdı”, – Kuper deyib.

Kuper, demək olar ki, 800 qram ağırlığında və 33 santimetr uzunluğunda olan Motorola DynaTAC telefonundan zəng edib. Telefonu tam doldurmaq 10 saat çəkib.

“Bu telefonun çəkisi təxminən bir kiloqram idi… və danışıq rejimində batareya 25 dəqiqə işləyirdi. Lakin bu problem deyildi. Bu telefon o qədər ağır idi ki, onu 25 dəqiqə belə saxlaya bilməzdin”, – Kuper bildirib.

O zaman SMS-lərdən söhbət gedə bilməzdi və mobil telefon ancaq zəng edib qəbul edə bilirdi.

Martin Kuperin istifadə etdiyi telefonun kommersiya versiyası olan “Motorola Dynatac 8000X”, tarixi zəngdən 10 il sonra, 1983-cü ildə buraxılıb. O zaman “Motorola Dynatac 8000X” ABŞ-da 3995 dollara satılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password