Avropa geri çəkildi, Rusiyaya sanksiya ləğv edildi – UKRAYNA QURBAN VERİLİR?
Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq etdiyi sanksiyanı aradan qaldırıb.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
Söhbər aviasiya sənayesi üçün bir qrup mal və xidmətin tədarükünə qoyulan qadağanın ləğv olunmasından gedir.
Avropa İttifaqı, həmçinin kənd təsərrüfatı sektorunda sövdələşmələr və neftin Rusiyadan üçüncü ölkələrə nəqli üçün istisnalar edəcək.
Bununla belə, yeni sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı qızıl, o cümlədən zərgərlik məmulatlarının ticarətini qadağan edir, həmçinin Rusiyanın hərbi-texniki inkişafını təmin edə biləcək nəzarət altında olan malların siyahısını genişləndirir.
Aviasiya sənayesi məhsullarının Rusiyaya çatdırılmasına isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mülki aviasiyanın təhlükəsizlik standartlarını təmin etmək üçün lazım olan həddə icazə veriləcək. Bu barədə yayılan xəbərlər fonunda “Aeroflot”un Moskva birjasında səhmləri 5% bahalaşıb.
Aİ Şurası sanksiyaların taxıl və gübrə də daxil olmaqla ərzaq ixracına şamil edilməyəcəyini bildirib. Aİ, həmçinin üçüncü ölkələrin Rusiyadan tibbi avadanlıq və dərman almasını qadağan etməyəcək. Bundan əlavə, Aİ ədalət mühakiməsinə çıxışı asanlaşdıracağını və Rusiya dövlət qurumları ilə istənilən razılaşmaya qoyulan qadağanı yumşaltmağa söz verib.
Yeddinci sanksiyalar paketi çərçivəsində Rusiya qızılına embarqo tətbiq ediləcək. Məhdudiyyətlər zinət əşyalarının satışını əhatə edəcək. Qadağa üçüncü ölkələrə çatdırılmalara da şamil ediləcək.
Aİ, həmçinin ikili təyinatlı mallara və qabaqcıl texnologiyalara nəzarəti artıracaq və fiziki və hüquqi şəxslərə sanksiyaları genişləndirəcək.
Müvafiq sənəd tezliklə Aİ-nin rəsmi jurnalında dərc olunacaq./publika.az